QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ
İŞTİRAKÇININ ƏRİZƏ-ANKETİ |
“Təsdiq edirəm”
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
rektoru, professor
Fərhad BƏDƏLBƏYLİ
" " –––––––––– 2023-cü il
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Tərlan Seyidovun müəllif layihəsi əsasında
QARA QARAYEV adına
VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
aprel 2024-cü il
Təsisçilər:
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası
Ə S A S N A M Ə
1. Qara Qarayevin yaradıcılığına həsr olunmuş VI Respublika elmi-ifaçılıq müsabiqəsi gənc musiqiçılər üçün keçirilir. Müsabiqənin keçirilməsi Azərbaycan və xarici bəstəkar yaradıcılığının gənc musiqiçilər tərəfindən mənimsənilməsi, əldə etdiyi biliklərin dərinləşməsi və praktiki olaraq nümayiş etdirilməsinə yönəldilmişdir.
2. Bütün iştirakçılar göndərilmiş videoyazılar əsasında seçiləcəklər.
3. Elmi-ifaçılıq müsabiqəsi ifaçı-musiqiçilərin kompleks şəkilli tədrisi sistemində daha bir pillədir.
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ
1. Qara Qarayev yaradıcılığının dərindən öyrənilməsi və təbliği.
2. Musiqinin məzmununun dərk edilməsinin əhəmiyyəti.
3. Təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi.
4. Müəllimlərin professional biliklərinin təkmilləşməsi.
5. Müasir musiqi mədəniyyəti tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsi.
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN ƏSAS ŞƏRTLƏRİ
1. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) aşağıda qeyd olunan nominasiyalar üzrə keçirilir:
- Fortepiano
- Simli alətlər
- Nəfəs və zərb alətləri
- Vokal
2. Müsabiqənin hər bir iştirakçısı repertuarına daxil olan Qara Qarayevin əsərinə (orijinal və ya köçürülmə) məruzə etməli, digər əsərlərə isə annotasiya (qısa məlumat) yazmalıdır. İkinci mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir.
3. Müsabiqənin birinci və ikinci mərhələlərinin hər birində çıxış üçün ayrılan reqlament 8 – 15 dəqiqədir.
4. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş YouTube saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. Çəkilişdə əsər haqqında məruzə olunmalı və danışdığı əsərlərdən qısa musiqi nümunələri ifa olunmalıdır. İfanın videoçəkilişi əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. Məruzə və annotasiyaların nümayişi zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
Əsərlərin tam ifası II mərhələdə nəzərdə tutulub. II mərhələdə münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.
5. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi laureatı” adına layiq görülür. Diplom alan şəxslərə isə “Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi diplomantı” adı verilir.
6. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
7. İştirakçıların və onları müşayiət edən müəllim və konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilati məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
8. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
9. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.
Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib olmayan iştirakçılara heç bir sənəd verilmir.
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN PROQRAMI
“FORTEPİANO” nominasiyası
1. Polifonik əsər
2. İri həcmli əsər – Sonata və ya sonatina, variasiyalar (reqlamentə uyğun olaraq bütün hissələr və yaxud I və ya II, III hissələr)
3. Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri
Qeyd: Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.
“SİMLİ ALƏTLƏR” nominasiyası
1.Virtuoz pyes
2. İri həcmli əsər – Sonata (iki hissə) və ya konsert (reqlamentə uyğun olaraq hissə seçimi azaddır).
3. Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri
“ZƏRB və NƏFƏS ALƏTLƏRİ” nominasiyası
1. 2 müxtəlif xarakterli əsər
2. Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri
“VOKAL” nominasiyası
1. Ariya
2. Romans
3. Qara Qarayevin əsəri
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN YAŞ QRUPU
I yaş qrupu – 10 – 12 yaş
II yaş qrupu– 13 – 16 yaş
III yaş qrupu – 17 yaş və yuxarı
Birinci mərhələ(videoyazılar əsasında)
Müsabiqənin proqramına uyğun olaraq Qara Qarayevin (orijinal və ya köçürülmə) əsərinə məruzə, digər əsərlərə isə annotasiya (qısa məlumat) edilməlidir.
Məruzənin mətni aşağıda sadalanan aspektləri əhatə etməlidir:
– əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılması;
– əsərin forması, tempi, ritmi, fakturası, ştrixləri, aqogikası və nüanslarında öz əksini tapan bədii ifa məsələləri, eləcə də texniki çətinliklər və onların aradan qaldırılması yolları;
– tədqiq olunan əsərlərin www.youtube.com saytında yerləşdirilən müxtəlif interpretasiyaların müqayisəli xarakteristikası.
Qeyd: Məruzə zamanı tədqiq olunan əsərlərin əsas müddəalarını əks etdirən parçaların fraqmentlər şəklində (3 – 4 xanə) ifası mütləqdir.
İkinci mərhələ
Birinci mərhələdə məruzə olunan əsərlərin konsert ifası
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ
TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə)
2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
4. Foto şəkil.
5. YouTube saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına yerləşdirilməlidir).
Qeyd: Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər 2024-cü il mart ayının 15-nə qədər (qeyri iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.
MÜSABİQƏNİN TARİXİ:
1 – 8 aprel (I mərhələ), 22 – 29 aprel (II mərhələ)
SƏNƏD QƏBULU: 15 mart 2024-cü il tarixinə qədər
(qeyri iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.