• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Şöbəsinin əsasnaməsi

    Pedaqoji kadrların elmi potensialını artırmaq məqsədilə, Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyinin 27.04.1992 – ci il tarixli 46-17-1587/17 № li qərarına əsasən Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında  “ İxtisasartırma “ fakultəsi yaradılmışdır.

    1997 – ci ildən, ştat cədvəlində müvafiq dəyişikliklər edilərək, İxtisasartırma fakultəsi dəyişdirilərək, İxtisasartırma şöbəsi kimi fəaliyyətini bu günə kimi davam etdirməkdədir.
    Təhsildə aparılan islahatlara müvafiq olaraq, Azəraycan Respublikası Nazirlər Kabinetinin 06.09.2010 – cu il tarixl 163 № li qərarı ilə “ Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “  qaydaları  təsdiq edilmişdir.
    Ü. Hacıbəyli adına Bakı  Musiqi Akademiyasinin İxtisasartırma şöbəsinin adı dəyişdirilərək “Əlavə  təhsil”    şöbəsi ilə (Əmr № 28/0, 28.03.2017) əvəz olunmuşdur.Bunun əsasında “Əlavə təhsil” şöbəsinin əsasnaməsini təqdim edirik:

    Ümumi müddəalar

    Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsini təmin etmək vəzifəsini daşıyır.
    Əlavə təhsil Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən müvafiq strukturlarda ( kafedralarda ) həyata keçirilir.
    Əlavə təhsilin ayrı-ayrı  istiqamətləri üzrə  təhsil müvafiq proqramlar əsasında həyata keçirilir.
    Əlavə təhsilin  hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

    1.  İxtisasartırma  təhsili

    İxtisasartırma  təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali və  orta  ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında  dövlət sənədi olan kadrların  fasiləsiz təhsil almaq  imkanını təmin etmək məqsədi ilə həyata keçirilən təhsil növüdür.
    İxtisasartırma təhsilinin əsas məqsədi mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
    Ali və orta ixtisas pillələrinin hər hansı birini bitirmələri haqqında dövlət sənədi olan kadrlar bir ixtisasartırma dövründə müəyyən edilmiş minimum ixtisasartırma təhsilində iştirak etməlidirlər.
    Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma  dövrünün müəyyən olunan minimum həddi müxtəlif ola bilər.
    Hər bir dinləyici müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini mənimsədikdən və bu barədə müvafiq sertifikat aldiqdan sonra, bir ixtisasartırma dövrü üçün onun öhdəliyi başa çatmış hesab olunur.
    İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran hər bir dinləyiciyə vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir. Əlavə təhsil müəssisələri  başa çatmış hər bir ixtisasartırma tədbirinin nəticələri barədə özəl qrumlara çıxarış təqdim edir.

    2.  Yenidənhazırlanma təhsilinin məzmunu

    Yenidənhazırlanma təhsili ilkin baza peşə - ixtisas təhsili almış hər bir vətəndaşın  müvafiq  sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə mütəxəssislərə  verilən əlavə təhsildir.
    Kadrların yenidənhazırlanma təhsili  müəssisədə yaradılmış müvafiq strukturlarda ( kafedralarda ) həyata keçirilir.
    Yenidənhazırlanma diplomu mütəxəssisə onun  aldığı  ilkin ali və orta – ixtisas təhsili  bazasında müəyyən  sahədə vəzifə kateqoriyasının peşə  - ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ  verir.

    3.   Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili

    Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi – pedaqoji, pedaqoji kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.
    Stajkeçmə və kadrların təkmilləçdirilməsi  təhsil peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının  formalaşdırılması və inkişaf etdirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanilmasına xidmət edir.
    Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır;

    -    müvafiq ixtisas üzrə nəzəri və təcrübi hazırlıq;
    -    nəzərdə tutlmuş problem üzrə yeniliklərin, müasir yanaşmaların əhəmiyyəti;
    -    mövzular üzrə diskussiyaların təşkili;
    -    stajkeçmə və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması;

    Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili stajkeçənin və ya təkmilləşdirilənin işlədiyi müəssisənin təqdimatı ilə həyata keçirilir.
    Stajkeçmə və kadrların təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi həyata keçirən müəssisə - Əlavə təhsil şöbəsi , kadrları ixtisaslarına müvafiq şəkildə Bakı Musiqi Akademiyasının nəzdindəki kafedralara təyin edirlər.
    Stajkeçmə və təkmilləşmənin sonunda staj keçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd – staj keçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.
    Stajkeçmə və təkmilləşmə tədbirlərini başa vuranlara təqdim olunan sənəd , bu tədbirlərin keçirildiyi müəssisə rəhbərliyi tərəfindən imzalanır, möhürlə təsdiq olunur.


    4.  Təkrar ali təhsil və orta ixtisas təhsili

    Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas  təhsili proqramı  ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı  arasındakı  fərq bir tədris ilinə hesablanmış saatdan  çox olduqda, mütəxəssislərə verilən  əlavə təhsil növüdür. Proqramlar arasındakı  fərq təkrar ali təhsil və orta ixtisas  təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
    Ali təhsili olanlar təkrar al, orta ixtisas təhsili olanlar isə təkrar orta ixtisas təhsili ala bilərlər.
    Hər hansı təhsil müəssisəsində təkrar ali təhsil və orta ixtisas təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.
    Təkrar ali təhsil və orta ixtisas təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir.
    Təkrar ali təhsil və orta ixtisas təhsili müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir.
    Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə  başa vuranlara ali təhsil haqqında diplom verilir.

    5.  Dərəcələrin yüksəldilməsi təhsili

    Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.
    Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu hər bir ixtisasa uyğun proqramlar əsasında müəyyən edilir.

    6.  Yaşlıların təhsili

    Yaşlılaarın təhsili vətəndaşların fasiəsiz olaraq cəmiyyətdə baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür.
    Yaşlıların təhsilinin məqsədi  yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir.
    Yaşlıların təhsili kontingentinə daxil olan insanlar əvvəllər müəyyən bilik və bacarıqlara malik olduqlarından, bu təhsil formasının təşkili zamanı yeni metodlar tədbiq edilməklə, onların tələbatları və əvvəllər qazandıqları bilik və bacarıqların maksimum dərəcədə nəzərə alınması təmin edilir.
    Yaşlıların təhsili üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün yaş qruplarını əhatə etməklə təhsil proqramları hazırlanır.
    Yaşlıların təhsili ixtisasartırma və yenidən hazırlanma qrumlarında. Ali təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda həyata keçirilir.
    Yaşlıların təhsilinin sonunda mənimsənilmiş proqramın məzmununa yeni qazanılan ixtisasa uyğun təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş və  möhürlə təsdiq edilmiş vahid formada  sertifikat və ya diplom verilir.

    7.  Əlavə təhsilin hər bir istiqaməti üzrə təhsilin maliyyələşdirilməsi

    Əlavə təhsilin digər istiqamətləri ( yenidənhazırlanma təhsili, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla ( dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və  müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir.