“İfaçılıq” fakültəsi yaranan gündən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə Simfonik orkestri fəaliyyət göstərir. “İfaçılıq” fakültəsinin əsas məqsədi yüksək bilik və yetkin orkestr ifaçısı tərbiyə etməkdir.
Bu səbəbdən Tələbə Simfonik Orkestrinə yüksək səviyyəli dirijorlar rəhbərlik edib. O cümlədən uzun illər professorlar Əbdül Maqomedov, Xalq artisti Rauf Abdullayev, Əməkdar İncəsənət Xadimi Yaşar İmanov, Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, Xalq artisti Ramiz Məlik-Aslanov rəhbərlik ediblər. Müxtəlif illərdə Tələbə Simfonik Orkestri maraqlı proqramlarla çıxış ediblər.
İfaçılıq fakültəsinin məzunları orkestr sinfində aldıqları bilikləri müvəffəqiyyətlə respublika və onun hüdudlarından kənarda fəaliyyət göstərən musiqi kollektivlərində nümayiş edirlər. Hal-hazırda Tələbə Simfonik Orkestrinin rəhbəri Cavad Tağızadədir.