• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Diqqət! Növbəti Fuceyra 7-ci Beynəlxalq Piano müsabiqəsi 2026-cı il  31 yanvar - 12 fevral tarixində keçiriləcəkdir. Müsabiqənin dinləyişi 2025-ci il 30-31 oktyabr Bakı Musiqi Akademiyasının Böyük zalında təşkil olunacaqdır.

    Müsabiqənin yaş qrupları:
    A 10  və daha aşağı yaş (01.02.2015 dən başlayaraq), 
    B 11-13 yaş (01.02.2012 - 31.02.2015 aralığı) 
    C 14-17 yaş (01.02.2008 - 31.01.2012 aralığı) 
    D 18 yaş və yuxarı (31.01.2008 və daha erkən yaş) qrup üzrə ifaçılar iştirak edə bilərlər. 
    A, B, C kateqoriyalarında dinləmələr üçün iştirakçılar, müddəti 10 dəqiqədən çox olmayaraq əsəri seçməkdə sərbəstdirlər. D kateqoriyasında dinləmələr üçün ifa müddəti 10 dəqiqədən çox olmayaraq Konsert etud (Şopen, List, Raxmaninov, Skryabin və s.) və 2-ci əsər (sərbəst seçim) ifa etməlidirlər. 
    Müsabiqənin qaydaları və təlimatlar:
    1. Müsabiqə 2026-cı il 31 yanvar-12 fevral aralığında keçiriləcəkdir. Qeydiyyatın son tarixi 15.01.2026-cı il tarixindədir. 
    2. Qaliblər və finalçılar mükafatları əldə etmək üçün 12.02.2026 tarixinə qədər Fuceyrada qalmalıdırlar. Qeydiyyat www.ffaa.ae saytından həyata keçiriləcək. 
    3. İştirakçılar hər tur üçün repertuar proqramını dəqiq ifa etməlidirlər. 
    4. Qeydiyyat zamanı 100 sözdən artıq olmayan bioqrafiya və yüksək keyfiyyətli foto təqdim olunmalıdır. 
    5. Hər tur üçün repertuarın icra müddəti verilmiş vaxtı keçməməlidir. 
    6. 1-ci yer qalibləri Final mərasimində seçilmiş konserti orkestr ilə ifa etməlidirlər. 
    7. İştirakçılar suallar üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza bilərlər. Təşkilati işlər Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr şöbəsində aparılır, icraçı Beynəlxalq əlaqələr üzrə prorektor prof. Yeganə xanım Axundovadır. 
    8. Turlarda təqdim olunan  əsərlər haqqında informasiya və mükafatlar aşağıdakı sxemdə təqdim olunur. 
    9. Müsabiqənin bütün xərcləri (yol, yaşayış, qida) müsabiqə təşkilatçıları tərəfindən ödənilir.