Abdullayeva Aida Həmdulla qızı
(13.04.1922, Bakı - 11.04.2009, Bakı)
Arfa ifaçısı, pedaqoq, professor (1985). Azərbaycanın Əməkdar artisti (1972).
Azərbaycanın ilk professional arfa ifaçısıdır.
1940-1941 və 1944-1949-cu illərdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil almışdır (K.Erdelinin sinfi). 1950-ci ildən ömrünün sonuna kimi Bakı Musiqi Akademiyasında çalışmışdır.
Azərbaycanda arfa sənətinin yaranması və inkişafı Aida Abdullayevanın adı ilə bağlıdır. Onun tələbələrinin çıxışları, arfa ifaçılığı üzrə keçirilən beynəlxalq baxışlardakı uğurları, möhtəşəm konsert proqramları Azərbaycan musiqisinin təbliğinə yönəldilmişdi. O, arfa ifaçılığı sahəsində müəyyən ifaçılıq və pedaqoji ənənələrin əsasını qoymuşdur.