Bəhmənli Rauf Bəhram oğlu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 20.03.1967.
İş yeri və vəzifəsi: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.
Təhsili: 1982-1986 – S.Hacıbəyov adına Sumqayıt Orta ixtisas Musiqi məktəbi, “xalq çalğı alətləri” şöbəsi, tar ixtisası (fərqlənmə diplomu ilə bitirmişdir); 1991-1996 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (o zaman Azərbaycan Dövlət Konservatoriyası), “xalq çalğı alətləri – tar” fakültəsi, ifaçı və müəllim ixtisası.
Pedaqoji fəaliyyəti: 1986-1989 – Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatına əsasən Ü.Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbində tar ixtisası üzrə müəllim; 1994-1997 – Bakının Qaradağ rayonu 28 №-li Uşaq Musiqi məktəbində tar ixtisası üzrə müəllim; 1997-1999 – Y.Rüstəmov adına 16 №-li Bakı Peşə Liseyində Musiqi müəllimi; 1999-2014 – Ə.Kazımov adına tam orta məktəbdə Musiqi müəllimi.
Elmi fəaliyyəti: 2014-2015 – Azərbaycan Milli Konservatoriyası “Milli musiqinin tədqiqi” elmi tədqiqat laboratoriyasında elmi işçi; 2015-ci ildən hal-hazıra kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi işçi, 2019-cu ildən böyük elmi işçi, 2022-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır. 2018-ci il 30 oktyabr tarixində “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi adını almaq üçün “Azərbaycan xalq rəqslərinin ritmik xüsusiyyətləri” adlı dissertasiya işini müdafiə etmiş və 11.02.2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” diplomunu almışdır.
2015-ci il (sentyabr) İtaliyanın Verona şəhərində keçirilən “IX Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irsin qorunması”na həsr olunmuş simpozium; 2018-ci il (oktyabr) Türkiyənin Bodrum şəhərində “IV.Uluslararası müzik ve dans kongresi”; 2019-cu il (aprel) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə UNESCO tərəfindən elan olunan 23 aprel – “Ümumdünya kitab və müəlliflik hüququ günü”nə həsr olunmuş “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans; 2019-cu il (oktyabr) Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktiki konfrans; 2019-cu il (dekabr) Bakı Xoreoqrafiya Akademiyasının görkəmli rəqs ustası, Azərbaycan Respublikasının xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinə həsr etdiyi elmi sessiya; 2020-ci il 6 noyabr tarixində “Mədəni Əlaqələr İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə onlayn qaydada keçirilən “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” beynəlxalq konfrans-konsert; 2021-ci il (mart) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “31 mart Azərbaycanlıların Soyqırım Günü”nə həsr edilmiş “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda onlayn qaydada keçirdiyi Respublika elmi-praktiki konfrans; 2021-ci il 29-30 aprel tarixində Ü.Hacıbəyli adına BMA tərəfindən “Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində” onlayn qaydada keçirilən “Etnoorqanologiya: Aktual promlemlər və vəzifələr” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans; 2021-ci il (may) Türkiyənin Çeşme şəhərində “VII.Uluslararası müzik ve dans kongresi”; 2021-ci il (oktyabr) Bakıda keçirilən “8.Uluslararası müzik ve dans kongresi”; 2022-ci il 30 aprel – 2 may tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş Beynəlxalq elmi simpozium; 2022-ci il (09-12 May) 1.International Turkic World Music and Dance Symposium (I.Uluslararası Türk Dünyası Müzik ve Dans Sempozyumu); 11 iyun 2022-ci ildə Özbəkistan Dövlət Konservatoriyasının 85 illiyinə həsr olunmuş “Musiqa ta´limi va fan taraqqiyotining asosiy omillari” (Основные тенденции развития музыкального образования и науки) adlı Beynəlxalq elmi-praktiki konfrans; 6-7 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” mövzusunda keçirdiyi Beynəlxalq fənlərarası elmi-praktiki konfrans; 22 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Hərbi musiqi: tarix və müasirlik” mövzusunda Respublika elmi-praktiki konfransının iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın 10.06.2022 ci il tarixli qərarı ilə elmi fəaliyyətinə görə “Dosent” elmi adı verilmişdir.
Elmi nəşrləri: 1 monoqrafiya, 10 məcmuənin, 27 elmi məqalənin müəllifidir.
Məcmuələr;
- Bəhmənli R.B. Azərbaycan xalq rəqsləri. Bakı, “Adiloğlu”, 2002, 158s.
- Bəhmənli R.B. Azərbaycan yallıları. Bakı, “Mütərcim”, 2018, 140 s.
- Bəhmənli R.B. Azərbaycan qaytağı rəqsləri. Bakı, “Mütərcim”, 2019, 72s.
- Bəhmənli R.B. Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri. Bakı, “Elm və təhsil”, 2020, 88 s.
- Bəhmənli R.B. Azərbaycan cəngi rəqsləri. Bakı, “Şərq-Qərb”, 2021, 64 s.
- Bəhmənli R.B. Azərbaycan gəlin havaları. Bakı, “Elm və təhsil”, 2021, 36 s., (əlavə CD-disk)
- Bəhmənli R.B. Azərbaycan qədim rəqs havaları. Monoqrafiya. Bakı, “Şərq-Qərb”, 2021, 672 s.
- Bahmanli R.B. Azerbaijani folk dances falsified by armenians. Baku, “Science and education”, 2021, 84 p.
- Bəhmənli R.B. Azərbaycanın unudulmuş marşları. Bakı, “CBS PP”, 2021, 52 s.
- Bəhmənli R.B. Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları. Bakı, “İmza” nəşrlər evi, 2022, 112 s.
- Bəhmənli R.B. Qara kürd zərb muğamı. Bakı, “CBS PP”, 2022, 20 s.
Türkiyənin“Rast”, Rusiyanın “Musiqi və zaman” (Музыка и время) beynəlxalq dərəcəli, eləcə də “Musiqi dünyası”, “Müasir Mədəniyyətşünaslıq”, “Konservatoriya”, “Sənət Akademiyası”, “Naxçıvan”, “Mədəniyyət”, “Dədə Qorqud” və s. kimi Respublika dərəcəli nüfuzlu jurnallarda və elmi toplularda 30-dan çox elmi məqaləsi nəşr edilmişdir.