Qafarova Maya Aydın qızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Doğum tarixi:1964-cü il 8 yanvar tarixində Qərbi Azərbaycanın Zəngəzur mahalında doğulub.
Təhsili: 1971-79-cu ildə Bakı şəhərində 44 saylı orta məktəbi və 6 saylı Uşaq Musiqi Məktəbini bitirib. 1979-1983-cü ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunu (indiki Musiqi Kollecini ) bitirib.
1985-1990 –cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, “Tarixi- nəzəriyyə fakültəsinin” Kamanca ixtisası üzrə bitirib.
1994-cu il dissertanturaya daxil olub. 2002-ci ildə “Bəstakar Suleyman Ələskərovun xalq çalğı alətləri üzrə yazdıgı əsərlər və onların interpretasiya xususiyyətləri” adlı dissertasiya mövzusunda işini Azərbaycan Dövlət İncəsənət Universitetitetində müdafiə edib.
Pedaqoji fəailiyyəti: 1990-cı ildə BMA-da çalışmağa başlayıb. Əvvəl “Azərbaycan xalq çalğı alətlərinin dirijorluğu və orkestrləşdirilməsi” kafedrasında müəllim, 1998-cu ildə baş müəllim, 2002-ci ildən isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında dosent vəzifəsində işləyib.2012 –ci il həmin kafedrada musabiqə yolu ilə “professor” vəzifəsinə seçilib. 2013-cu ildə “Qədim musiqi alətlərinin bərpasi və təkmilləşdirilməsi” elmi laborotosiyasına müdir vəzifəsinə təyin edilib. 2018-ci ildən “Şifahi-ənənəli Azərbaycan professional musiqisinin tədqiqi və onun yeni istiqamətlərinin öyrənilməsi: orqanologiya və akustika” adlı elmi laboratoriyasında baş elmi işmi vəzifəsində işləyir.
Elmi fəaliyyəti:
1. “Bəstəkar Süleymanov Ələsgərov və xalq çalğı alətləri orkestri”. Dərs vəsaiti. Bakı. ADPU – nəşriyyatı. 226 səh.
2. “S.Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı konserti və onların dirijorluq təfsirinə dair” Metodiki tövsiyyələr. Bakı. “Mars-Print”- 2003. 29 səh.
3. “S.Ələsgərovun xalq çalğı alətləri orkestri üçün “Sözsuz mahnilar” və onların dirijorluq təfsirinə dair. Metodiki tövsiyyələr.Bakı.“Mars-Print”-2003.24səh.
4. “Şur muğam dəstgahının nota yazılmasına dair”. Metodik tövsiyyələr Bakı ADPU-mətbəəsi.Səh.16.
5. “Milli musiqi alətlərinin bəzi tədqiqat aspektləri”. Metodik vəsait. Bakı ADPU- mətbəəsi. 35 səh.
6. “Yaylı-rübab” adlı qədim musiqi aləti bərpasının müəllifidir. Əsərin qeydiyyatı haqqında Şəhadətnamə № 9097Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi.
7. “Yaylı-qopuz”
8. 15 elmi məqalənin müəllifidir.
Konfrans və simpoziumlarda iştirak edib:
İctimai fəaliyyəti: Yeni Azərbaycan Partiyasının üzvüdür (2002-ci ildən).
tel: 055779-65-82 e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.