Rzayeva Mehparə Almaz qızı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi : Azərbaycan, Bakı şəh., 25.01.1975
Təhsil: 1993 -1997-Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Tarix -nəzəriyyə" fakültəsinin Musiqişünaslıq şöbəsi bakalavr pilləsi, 1997-1999-musiqişünaslıq ixtisası magistr dərəcəsi, fərqlənmə diplomu, 2000-2016-cı illər Bakı Musiqi Akademiyasının dissertantı.
2017 –ci il sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Pedaqoji fəaliyyəti: 1996-2001- Soltan Hacıbəyov adına musiqi texnikumunda nəzəriyyə fakültəsində ixtisas fənnlər üzrə müəllim, 2001- ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika “ elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2017-ci ildən böyük elmi işçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti: 2016-cı il 29 aprel tarixində sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün “Tofiq Quliyevin musiqi dili” adlı dissertasiya işini müdafiə etmişdir.
05.10.2017–ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomunu almışdır.
1998-ci ildən etibarən Respublikada və Respublikadan kənar konfrans və simpoziumlarda çıxışlar etmişdir. 40-dan artıq məqalələri elmi toplularda, jurnallarda çap olunmuşdur.
Dərs vəsaiti və monoqrafiyaların siyahısı:
1. "Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər" / Dərs vəsaiti Bakı, 2018, "SkyE", 200 səh.
2. “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” / Monoqrafiya Bakı., 2020, SkyE, 160 səh.