Quliyev Ramiz Əyyub oğlu
Doğum tarixi: 30 Aprel 1947-ci il, Ağdam şəhəri.
Azərbaycanın xalq artisti, professor Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.
Təhsili: 1954-cü ildə Ağdam şəhəri 5 №-li orta məktəbində və eyni vaxtda 7-illik musiqi məktəbində təhsil almağa başlamış, 1960-ci ildə musiqi məktəbini bitirərək, həmin ildə Ü.Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olmuş, 1969-cu ildə isə oranı “Tar və dirijorluq” ixtisasları üzrə bitirmişdir.
Pedaqoji fəalliyəti: Ağdamın 1 saylı (1963-64), Bakının 1 və 20 saylı musiqi məktəblərində (1965-74) müəllim olmuşdur. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) “Xalq çalğı alətləri” kafedrasında tar ixtisası üzrə müəllim (1974), baş müəllim (1977), dosent (1983), professor (1990) kimi pedaqoji fəaliyyət göstərərək, 1990-2002 ci illər ərzində həmin kafedraya rəhbərlik etmişdir.
2004-cü ildən bugünə qədər “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tətqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti: “Azərbaycan bəstəkarlarının əsərləri tar və fortepiano üçün işləmələri” (1985, 1993, 1998, 2002, 2003, 2004) və “Xarici bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri” (2001, 2003, 2004) dərs vəsaitlərinin müəllifidir. 2004-cü ildə yaradıçılığının 40 – illiyinə həsr olunmuş “Ramiz Quliyev” (poemalar, rəylər, məqalələr, intervyu və xatirələr) tərtib etdiyi kitabın müəllifidir. 2021-ci ildə Üzeyir Hacıbəyli adına BMA-nın 100-illik yubileyinə “Azərbaycan və xarici bəstəkarlarının əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” iki cildli kitabın müəllifidir.
İfaçılıq fəaliyyəti:Türkiyə, Əfqanıstan, Suriyə, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, Almaniya, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norvec və d. ölkələrdə qastrol səfərlərində və beynəlxalq festifvallarada çıxış etmişdir. Azərbaycanda keçirilən bir çox musabiqə və festivallarada münsiflər heyətinin sədri olmuşdur.
Mükafatları: Respublika Lenin komsomolu mükafatının laureatı (1978), əməkdar artist (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2002-ci, 5 iyul 2003-cü illərdə mükafatı ilə təltif edilmiş, 2004-cü ildən Prezidentin təqaüdü, 2007-ci ildə AR Prezidentinin fərmanına əsasən “Şöhrət” ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı, 2017-ci ildə “Şərəf” ordeninə layiq görülmüşdür.