Ramazanov Rüfət Kamal oğlu
Doğum tarixi: Azərbaycan, Bakı şəh., 25. 10. 1969.
Təhsil: 1977-1986 - Bülbül adına orta-ixtisas musiqi məktəbi. 1986-1990–Asəf Zeynallı adina Bakı Musiqi Məktəbi. 1990–1995–Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinin “Bəstəkarlıq” fakültəsi.
Elmi–Pedaqoji fəaliyyəti: 1997–2018. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasında elmi işçi, 2012-ci ildən aparıcı elmi işçi, 1996–Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. (2012-Bİ-nın idarə heyətinin üzvü), “İpək Yolu” Beynəlxalq Musiqi festivalının Təşkilat komitəsinin üzvü. (2011-2018).
Elmi fəaliyyəti: Müasir musiqinin nəzəri problemləri mövzusunda 10-a qədər elmi məqalələr. (1997-2018). Azərbaycan Muğamlarının notlaşdırılması və tədqiqi sahəsində elmi araşdırmalar. (1997-2017). 5 Respublika Elmi konfranslarında məruzə ilə çıxış (1997-2001).
Bəstəkarlıq fəalyyəti: Azərbaycan Gənclər Mükafatı laureatı (2004), “Türksoy” Beynəlxalq Kültür Cəmiyyətinin sədri, Cənab D. Kasseinov tərəfindən “Fəxri Fərman”.(2014). 12 simfonik partituraların, 40 kamera-instrumental əsərlərin,
Orqan üçün poema, A Kapella xoru üçün silsilə(söz:Y.İmrə), 5 teatr tamaşalarına, 3 filmə yazılmış musiqinin müəllifi. Əsərləri Gürcüstan, Norveç və İsraildə ifa olunmuşdur. Əsərləri bu günə kimi, 7 “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” dissertasiyaları haqqında elmi məqalələr çap olunmuşdur. Eyni zamanda, haqqında nəşr olunmuş “Дедукция композитора Руфата Рамазанова” («Музыка и время») Москва, (№ 10, октябрь.2018). və başqa əsərləri, bir sıra dərs vəsaitlərində çap olunmuşdur.
Not və Partituralar : “Qara Qarayevə ithaf” simfoniya. Bakı: “Adiloğlu” 2012. “Fəzlullah Nəimi” simfonik poema. Bakı: “Adiloğlu” 2014.