İsmayılzadə Nuridə Cəfər qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri 01.02.1959
Təhsili:1966 -1977 Bülbül adına orta ixtisas musiqi məktəbi, 1977-1982 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” fakültəsində təhsil almış və Fərqlənmə diplomu ilə bitirmişdir.
Pedaqoji fəaliyyəti. 1983-1998 Bakı Məktəbəqədər Pedaqoji Texnikumu; 2001-ci ildən Ü.Hacıbəyli adına BMA-nın I № elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2007-ci ildən böyük, 2012-2017-ci illərdə “Musiqi tarixi” kafedrasında dosent, 2017-ci ildən baş elmi işçi, 07.12 2018-ci ildən (müsabiqə yolu ilə) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ” elmi - tədqiqat laboratoriyanın müdiri vəzifəsində çalışır.
Elmi fəaliyyəti. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 2010-cu ildə AAK tərəfindən dosent elmi adını almışdır.Bir sıra respublika əhəmiyyətli və Beynəlxalq konfranslarda:2016-ci ildə Azərbaycan Milli Konservatoriyasında, Slavyan Universitetində, 2018-ci ildə İSME, 2018-ci ildə Türkiyənin Bodrum şəhərində IV Uluslararası müzik və dans konqresi, 2018-ci ildə Moskva şəhərində “Müasir musiqişünaslığın aktual problemləri”, Ü.Hacıbəyli adına BMA-da “Etnoorqanologiya: aktual problemlər və vəzifələr ” elmi-praktiki konfranslarda məruzələrlə çıxış etmişdir.
Bir sira Azərbaycanda, Türkiyədə, Rusiyada nəşr olunan elmi jurnallarda 60-dan artıq məqalələri çap olunmuşdur.
N.İsmayılzadənin dərs vəsaiti və monoqrafiyalarının siyahısı:
1.Из истории aзербайджанской музыки. Традиции меценатства и просветительства (dərs vəsaiti), Bakı, Nurlan, 2008-254 с.
2.Традиции меценатства и просветительства в Азербайджане. LAMBERT Academik Publishing. Москва, 2018 -260 с.
3.Rus musiqi tarixi (dərs vəsaiti), Bakı, Mütərcim, 2015-176 s.
4.Böyük maarifçi – Əfrasiyab Bədəlbəyli (dərs vəsaili). Bakı: Elm və təhsil, 2017-188 s.
5.Иса Бек Гаджинский.Страницы славной жизни. İsa bəy Hacınski. Şanlı ömrün səhifələr (monoqrafiya). Bakı: Elm və təhsil, 2012-268 s.
6.Müasirlərimiz: Həsən Ağa Adıgözəlzadə (monoqrafiya). Bakı: Elm və təhsil, 2015-114 s.
7.На вершине науки-Гюльназ Абдуллазаде (монография). Bakı: Elm və təhsil, 2017–272 c.
8. Азербайджано – Российские музыкальные связи в ХХ веке (монография). Бaky: Мутарджим, 2017– 304 с.
9.Azərbaycan musiqi tarixində maarifçilik tamayülləri (monoqrafiya). Bakı: Elm və təhsil, 2021–162 s.
N.İsmayılzadə Azərbayacan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin 3 Fəxri Fərmanı, Diasporlarla iş üzrə Dövlət Komitəsinin Təşəkürnaməsi və səmərəli elmi fəaliyyətinə görə Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Emaill: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.