İsayeva Sevda Kamil qızı
Doğum tarixi:1963-cü il aprelin 24-də Bakı şəhərində anadan olub.
Təhsili: 1980-cı ildə Bakı şəhəri 12 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuşdur. 1985-ci ildə həmin təhsil ocağını bitirərək, təyinat ilə Azərbaycan Hidrometeorologiya İdarəsində Atmosfer havasının mühafizəsi sahəsində çalışmışdır. 1989-cu ildə “Ekoloq” kooperativində, 1991-ci ildən isə Səbayel rayonu Elmi Ekoloji mərkəzində, 1994-cü ildən 2006-ci ilə qədər “Qamma-Servis” mətbəəsində işləmişdir.
Elmi fəaliyyəti: 2010-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqi Akustikası” elmi-laboratoriyasında, hal-hazırda isə “Şifahi ənənəli Azərbaycan professional musiqisi və yeni istiqamətlərin tətbiqi : orqanologiya və akustika” yeni yaranmış elmi laboratoriyada kiçik elmi işçi vəzifəsində çalışır. 10-dan artıq elmi məqalənin müəllifidir.