• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hümbətov Vüqar Bəxtiyar oğlu

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, böyük elmi işçi

    Doğum yeri və tarixi: Azərbaycan/Gəncə  04.05.1987

    Təhsili: 2007-2011-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Xor-dirijorluğu” kafedrası (bakalavr)

    2011-2013-cü llərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Xor-dirijorluğu”  (magistr)

    2013-2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı

    Pedaqoji və iş fəaliyyəti: 2004-2007-ci illərdə Gəncə şəhəri Z.Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbində müəllim, 2011-2014-cü illərdə Şuşa Musiqi Kollecində müəllim, 2013-cü ildən bu günədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində fəaliyyət göstərir. 2013-2016-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xarici tələbələrlə iş üzrə dekan müavini, 2016-cı ildən bu günədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xarici tələbələrlə iş üzrə şöbə müdiri vəzifəsində çalışır.
    Bakalavr və magistr təhsili aldığı dövrdə akademiyanın Tələbə Gənclər Təşkilatında sədr müavini və sədr vəzifələrinə seçilmişdir (2009-2013). 2009-2012-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idarə heyətinin üzvü, 2012-2013-cü illərdə sədr müavini vəzifəsini icra etmişdir. “Ü.Hacıbəyli adına Tələbə Teatr Festivalı”nın ideya müəllifi və rəhbəri (2013), Gənc musiqiçilərin əl işlərindən ibarət “Tələbə yaradıcılıq sərgisi”nin təşkilatçısı (2011-2013), Gənc ifaçıların iştirakı ilə Azərbaycan musiqilərindən ibarət “Buta” musiqi albomunun hazırlanması (2013), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının daha sonra isə akademiyanın “Mezzo” Elmi, publisistik, informasiya jurnalının təsisçisi və baş redaktoru (2012-bu günədək), “Üzeyir Hacıbəyli 130” musiqi albomunun hazırlanması (2016), Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransının (İSME) koordinatoru (2018), Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Rusiya,Türkiyə, İtaliya, Macarıstan, Qazaxıstan, Gürcüstan, Litva və digər ölkələrdə təşkil edilmiş bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olub.

    Elmi fəaliyyəti: 2013-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı kimi “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının tarixi mövzulu xor əsərləri” dissertasiya işi üzərində çalışmış, 2017-ci ildə elmi işini uğurla müdafiə etmiş və 2018-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adına almışdır.
    Bir çox Respublika və beynəlxalq konfranslarda çıxışlar etmiş, yerli və xarici jurnallarda elmi məqalələri dərc olunmuşdur. Azərbaycan Gənc Alimlərinin I qurultayının iştirakçısı olub (2017).

    Nəaliyyətləri:  Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrə görə Türkiyənin Antalya şəhərinin Çaycuma Bələdiyyəsinin sədri Mithat Gülşen tərəfindən “Zəhmətsevər gənc” mükafatı.     Türkiyə/Antalya – 2011Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən “Dövlət gənclər siyasətinin yerlərdə həyata keçirilməsində göstərdiyi xidmətlərə görə - İLİN GƏNCİ” mükafatı.  Azərbaycan/Bakı – 2012  Azərbaycan Respublikası Gənclər və İdman  Naziri cənab Azad Rəhimov tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı” mükafatı. Azərbaycan/Bakı-2013  İnquşetiya prezidenti cənab Y.B.Yevkurov tərəfindən “Tələbə Baharı Qafqazda” layihəsində fəal iştirakına görə diplom.  İnquşetiya – 2013 Azərbaycanın Litvadakı səfirliyinin, Vilnüs Musiqi və Teatr Akademiyasının təşkilatçılığı, “Litva Azərbaycanlı Gənclər Təşkilatı”nın  (AYOL) təşəbbüsü ilə “Mədəniyyət sərhəd tanımır” adlı layihə çərçivəsində Vilnüs Musiqi və Teatr Akademiyasında konsertin yüksək səviyyədə təşkilinə görə Təşəkkürnamə. (Litva/Vilnüs - 2015)

     



    Laboratoriyasının elmi işçiləri