Bayramova Nigar Ağaverdi qızı
Doğum yeri və tarixi: 1973-cü il 2 avqust tarixində Bakıda anadan olub.
Təhsil: 1980-90-cı illərdə 125 saylı orta ümumtəhsil məktəbi və 19 saylı Uşaq Musiqi məktəbinin fortepiano sinfini bitirmişdir. 1990-95-ci illərdə N. Tusi adına ADPU-nun “Musiqi fakültəsinin” fortepiano sinfini bitirib. 2018-ci ildən Ü. Hacıbəyli adına BMA-nın əyani, dövlət hesabına doktoranturaya daxil olmuş, “Qılman Salahovun Azərbaycan musiqi mədəniyyətində rolu” adlı elmi işi üzərində işləyir.
Elmi fəaliyyəti :2010-cu ildən BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”elmi laboratoriyasında kiçik elmi işçi, 2015-ci ildən isə elmi işçi vəzifəsində işləyir. Hal-hazirda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında elmi işçi vəzifəsində çalışır.
N.Bayramova dissertasiya mövzusu ilə bağlı Azərbaycanda nəşr olunan elmi jurnal və toplularda bir necə məqaləsi çap olunmuşdur (Konservatoriya, Sənət Akademiyası və s.). O cümlədən, “Qilman Salakhov Role and İmportance in Azerbaijani Music Culture”, “Cultural and Religious Studies” (Yune 2020, Vol.8, No.6, 346-356) məqaləsinin müəllifidir.
Bir necə beynəlxalq və Respublika konfranslarda məruzə ilə çıxı etmişdir.
Əlaqə telefonu: (050) 400 63 01 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.