• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel 2022-ci il

    15 aprel 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə çıxış üçün professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət  xadimi Z.Dadaşzadə, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru X.Həsənzadə, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru K.Nəsirova, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramovaya söz verildi.

    Konsertdə Xalq artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Əməkdar artist Fərid Əliyev, BMA-nın dosenti Nərgiz Salmanlı, Azərbaycan Dövlət Fortepiano Triosu-Əməkdar artistlər Töfhə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, Beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyeva və Ülviyyə Hacıbəyovanın tələbələri Natavan Səlimova, Ofeliya Dadaşova çıxış etdilər.

    Bədii hissədə Ü.Hacıbəyli, F.List, Q.Qarayev, S.Raxmaninov, N.Məmmədov, N.Əliverdibəyov, Niyazi, G.Əliyeva, F.Qarayevin əsərləri səsləndirildi.

    E.Abbasovanın yubileyinə həsr olunmuş tədbir gurultulu alqışlarla qarşılandı.