• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İmtahanlar

    11 iyun 2020-ci il

    2020-ci il 11 iyun tarixində professor, sənətşünaslıq üzrə elmlər doktoru Aytac Rəhimova və assistent-dosent Aliyə Məmmədova tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi müəllimliyi” kafedrasının II kurs tələbələrinin Solfecio fənnindən imtahanı keçirilmişdir.

    Ardını oxu...

    11 iyun 2020-ci il

    2020-ci il 11 iyun tarixində professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadə və professor, Xalq artisti Şəhla İbrahimova tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının Magistratura şöbəsinin I kurs tələbələrinin İxtisas fənnindən imtahanı keçirildi.

    Ardını oxu...

    10 iyun 2020-ci il

    2020-ci il 10 iyun tarixində Pərviz Quliyev və asistent-dosent Aliyə Məmmədova tərəfindən Ü.Hacıbəyli adına BMA-nın “Musiqişünaslıq” ixtisasının qiyabi tələbələrinin “Polifoniya” fənnindən imtahanı keçirildi.

    Ardını oxu...

    10 iyun 2020-ci il

    2020-ci il 10 iyun tarixində professor, Əməkdar müəllim Səadət Seyidova və assistent-Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Alyona İnyakina tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi müəllimliyi” kafedrasının tələbələrinin “Solfecio” fənnindən imtahanı müvəffəqiyyətlə keçirildi.

    Ardını oxu...

    11 iyun 2020-ci il

    2020-ci il 11 iyun tarixində professor Aytac Rəhimova və assistent-professor Həcər Babayeva tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” ixtisası tələbələrinin Solfecio fənnindən imtahanı keçirildi.

    Ardını oxu...

    10 iyun 2020-ci il

    2020-ci il 10 iyun tarixində müəllim Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova  tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbələrinin “Xüsusi pedaqoji hazırlıq” fənni üzrə “online” imtahanı müvəffəqiyyətlə keçirildi.

    Ardını oxu...

    09 iyun 2020-ci il

    2020-ci il 9 iyun tarixində dosent Arzu Rzayeva, professor Leyla Məmmədəliyeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həqiqət Yusifova tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” və “Musiqi müəllimliyi” fakültəsinin  III kurs tələbələrinin “Xüsusi pedaqoji hazırlıq və metodika”, “Konsertmeystr sinfi və ansambl ifaçılığı” fənnindən “online” imtahanı keçirildi.

    Ardını oxu...