• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Aqil Müzəffər oğlu Qafulovun “Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri” pedaqogika elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

                                                                            

    29 sentyabr 2021-ci il saat 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasının 5801.01 – “Təlim   və   tərbiyənin  nəzəriyyəsi  və metodikası (musiqinin tədrisi metodikası)” ixtisası üzrə müdafiənin iclasında iddiaçı Aqil Müzəffər oğlu Qafulov tərəfindən 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasında pedaqogika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Tarix: 29 sentyabr 2021-ci il, saat 12:00

    Müdafiəyə qoşulmaq üçün zoom proqramından istifadə ilə olacaq.