• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Mədəni Əlaqələrin İnkişafına Dəstək"

    22 may 2018-ci il saat 14.00 tarixində Azərbaycan Dillər Universitetinin Akt zalında "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il I qrant müsabiqəsində qalib olmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi baş tutacaqdır. 

    Azərbaycan Dillər Universiteti, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və QHT Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək qalib layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunur. Qeyd edək ki, layihə çərçivəsində dəhlizdə sərgi baş tutacaq, tədbirdə “Avanqard” kamera ansamblı iştirak edəcəkdir. Musiqi proqramında Q.Qarayev, T.Quliyev, A.Əzimov, A.Məlikov və s. bəstəkarların əsərləri səsləndiriləcəkdir. Öncədən qeyd olunmuş müsabiqə əsasında musiqişünasların Q.Qarayev haqqında yazdıqları seçilmiş məqalələri I, II, III yer olmaqla qalib elan olunacaq və mükafatlandırılacaqdır.