• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bədirov Mürsəl Tağı oğlu

    (27.10.1931, Mahaçqala - 26.02.2003, Bakı)

    Müğənni, opera ifaçısı, pedaqoq, Azərbaycanın Əməkdar artisti (1964), Xalq artisti (1979), professor (1992).


    Azərbaycan Dövlət Konservatoriyasında vokal təhsili almışdır (1951-1956).

    1956-cı ildən Opera Balet Teatrında solist kimi fəaliyyət göstərib. Bir çox tamaşalarda rol almışdır.

    1972-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal kafedrasında işləmişdir. Mürsəl Bədirov Çexiyada, Macarıstanda və başqa ölkələrdə solist kimi qastrol səfərlərində olmuşdur.