• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rzayev Azər Hüseyn oğlu

    (15.07.1930, Bakı - 14.12.2015, Bakı)

    Bəstəkar, violin ifaçısı, pedaqoq, professor (1977). Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1972), Xalq artisti (1990).


     “Şöhrət ordeni” (2000) ilə təltif olunmuşdur. “Humay” milli mükafatı laureatıdır. Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.
    1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas: skripka və bəstəkarlıq üzrə təhsil almışdır.

    1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb.

    1965-ci ildə M.Maqomayev adına Azərbycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1972-1988 ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının direktoru, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Kamera ansamblı” kafedrasının müdiri, 1999-cu ildən “Simli alətlər” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

    A.Rzayev “Bakı-90” simfoniyası (1990), Skripka, viola və simfonik orkestr üçün ikili konsert (1990), Skripka və piano üçün sonatina (1990), Piano, skripka və violonçel triosu üçün Sonata (1991), Kamera orkestri üçün “Noktürn” (1993), Violonçel və orkestr üçün “Kantilena” (1994), Tar və kamera orkestri üçün “Düşüncə” və “Qaytağı” (1995), Simfonik orkestr üçün “Gənc ifaçılar marşı” (1997), Piano üçün 6 Prelüd (2000), 3 skripka və simfonik orkestr üçün konsert (2000) və s. əsərlər bəstələmişdir. “Musiqi aləmində” silsilə televiziya və “Opera səhnəmizin ustaları” silsilə radio verilişlərin müəllifi və aparıcısı, dövri mətbuatda məqalələrin müəllifi olmuşdur.