Rəsulov Ağarəsul Məmməd oğlu
(1930-2007)
truba ifaçıısı, pedaqoq, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi (1991).
1950-1955-ci ildə ildə Azərbaycan Dövlət Konservaoriyasına truba ixtisası üzrə (E.Əfəndiyevi sinfi) təhsil almışdır.
1955-57-ci illərdə Almaniyadakı sovet qoşunları qrupunun Hərbi Mahnı və Rəqs ansamblında xidmət etmişdir.
1958-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, 1967-1983-cü illərdə isə həmin məktəbin nəfəs alətləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1975-ci idə Bakı şəhəri 3 saylı uşaq musiqi məktəbinə direktor təyin olunur.
1976-cı ildən ömrünün sonuna qədər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına truba sinfində çalışıb, 2003-2007-ci illərdə Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.
Müxtəlif illərdə R.Rəsulov Nəfəs alətləri ifaçılarının Zaqafqaziya müsabiqəsinin, F.Əmirov adına Nəfəs və Zərb alətləri ifaçılarının Respublika müsabiqəsinin münsifi və münsiflər heyətinin sədri olmuşdur.