• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsgəndərov Ələkbər Mirzə oğlu

    (20.06.1921, Bakı - ????)

    Fleyta ifaçısı, ansambl solisti, pedaqoq, sənətşünaslıq namizədi (1968), professor (1976). Azərbaycanın Əməkdar artisti (1959).


    1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (P.Zilbermanın sinfi), 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun aspiranturasını bitirmişdir (rəhbərlər: B.Trizno və A.Dmitriyev).

    1945-75-ci illərdə Azərbaycan Dövlət Simfonik orkestrinin solisti vəzifəsində çalışıb. Solo konsert proqramlarında xairici, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı fleyta və fortepiano üçün öz işləmələri də yer tuturdu.

    1951-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdır. Azərbaycan Dövlət Konservatoriyasında instrumental ansamblın rəhbəri olub. Onun tələbələrinin sırasında Qafqaz ölkələri müsabiqələrinin, Respublika müsabiqə və festivallarının Laureatı adlarına layiq görülmüşdür.

    Dəfələrlə nəfəs alətləri ifaçılarının Beynəlxalq müsabiqələrində, eləcədə Qafqaz ölkələri müsabiqələrində, festivallarda münsiflər heyətinin sədri və üzvü olmuşdur.
    Bir sıra elmi işlərin müəllifidir. «Флейта в творчестве азербайджанских композиторов», «Стилевые и исполнительские особенности произведений для флейты» adlı dərs vəsaitlərinin, fleyta və kamera ansamblları üçün bir sıra köçürmələrin və işləmələrin müəllifidir.