Məhəmmədov Əbdül Xalıqoviç
(1921-2005)
Faqot ifaçısı, pedaqoq, professor (1984), sənətşünaslıq namizədi (1980), Azərbaycanın Əməkdar incəsənət xadimi (1979).
1948-ci ildə Moskva Dövlət Konservatoriyasını (İ.Kostlanın sinfi), 1956-cı ildə aspiranturanı bitirib.
1948-58-ci illərdə Azərbaycan Dövlət Simfonik orkesrinin solisti olub.
1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında çalışıb. 1956-65-ci illərdə “Nəfəs və zərb alətləri kafedrasının” müdiri, “Xalq Alətləri Konservatoriyası”nda dekan vəzifəsində çalışıb və tələbə simfonik orkestrinin rəhbəri olub. Onun tələbələri Qafqaz ölkələri müsabiqələrinin, Respublika müsabiqə və festivallarının laureatlarıdır.
Bir sıra elmi işlərin: «Мастера Советской фаготной школы», «Вопросы методики обучения игре на духовых инструментах» (1962), «Вопросы истории, теории и практики отечественного фаготного исполнительства» (1983) adlı dərs vəsaitlərinin, faqot və kamera ansamblları üçün bir sıra köçürmələrin və işləmələrin müəllifidir.