Berolski Samuil İosifoviç
(1882-1956, Bakı)
Valtorna ifaçısı, pedaqoq, professor (1933), Azərbaycanın əməkdar incəsənət xadimi (1940).
1898-ci ildən başlayaraq, Rusiyanın müxtəlif orkestrlərində ifaçı kimi fəaliyyət göstərib, Kiyevdə (1906-1908), Uralskda (1910-1912) nəfəsli hərbi orkestrinin dirijoru və nəfəsli orkestrin inspektoru (1921-1924) vəzifələrində çalışıb.
1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında valtorna sinifinin əsasını qoymuş, eyni zamanda truba sinfinin müəllimi olmuşdur. 1933-43-cü illərdə Nəfəsli alətlər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
S.İ.Berolskinin nəfəsli alətlər ifaçılarının hazırlanmasında böyük rolu olmuşdur. O, valtorna ifaçılarının böyük bir nəslini yetişdirmişdir.