• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Popovitski Genadiy Konstantinoviç

    (1890-1948)

    Qoboy ifaçısı, pedaqoq, professor. Belarus Əməkdar incəsənət xadimi (1938).


    1907-ci ildə Həştərxan şəhərində təhsilini bitirdikdən sonra, 1911-ci ildən Peterburq Konservatoriyasında çalışmağa başlamışdır (V.Şubertin və F.Koukalın sinfi).

    1921-1933-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının qoboy sinfinin ilk müəllimi, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, 1933-1941-ci illərdə - Minsk Konservatoriyasının müəllimi, 1944-1948-ci illərdə Nəfəs alətləri kafedrasının müdiri və eyni zamanda Saratov Konservatoriyasının rektoru olub. G.Popovitskiy 35 il Bakı, Minsk, Saratov şəhərlərinin simfonik və opera orkestrilərində çalışıb.

    Bir sıra elmi-medoliki işlərin: “История развития духовых инструментов” kitabının, “Золотой петушок” və “Царская невеста” mövzularına qoboy üçün fantaziya, etüd və texniki çalışmalar və s. müəllifidir.