• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qasımova Solmaz Cəlal qızı

    (1929-2016)

    Musiqişünas, professor, sənətşünaslıq namizədi

    1.Təhsil illəri - 1954-ci ildə Ü.Hacıbəyli ad.ADK-nın məzmunu (elmi rəhbər-D.Danilov).

    2.Kafedra fəaliyyəti -1954 ildə heyatının sonuna qədər. İxtisas qruplarda tədris olunan fənnlər: «Xarici ölkələrin musiqi tarixi», «Musiqi ədəbiyyatı»,  «ixtisas », 1959-60-ci tədris tədris ilindən başlayaraq Musiqişunaslar üçün ilk dəfə olaraq «Azərbaycan musiqi
    tarixi» fənnin proqramını tərtib edib, və mühazirələr oxuyub S.Qasımova «İxtisas» fənni aparıb.
    Onun məzunları: T.Tamayılov(1968), F.Əlizadə (1970), S.Fərhədova (1970) və s.

    3. Elmi və fəxri adlar: 1969-sənətşunaslıq namizədi; 1990-professor

    4.Yaradıcılıq fəaliyyəti: «1969» -“Azərbaycan sovet operasında musiqi mövzu” (elmi rəhbər –professor İ.Rıjkin);
    Musiqişunaslıq işləri Azərbaycan musiqisinə həsr olunub  və burada müxtəlif xarakterli yazıları qeyd etmək olar: Misal kimi,aşağdakıları göstərmək olar:
    1. «Azərbaycan bəstəkarlarının opera yaradıcılığı» (l cild 1972, rusca); (II cild ,rusca,1984);
    2.Azərbaycan sovet musiqi ədəbiyyatı (rusca,1984, həmmüəllif H.Bağırov);
    3.Azərbaycan musiqi tarixi (1992, həmmüəlliflər E.Abbasova, L.Karaqıçeva,H.Mehdiyeva və A.Tağızadə) və s.əsərlərində  azərbaycan bəstəkar musiqisindən geniş məlumatlar çatdırmış olub. S.Qasımova bir çox musiqişunasların namizədlik  Dissertasıyanın elmi rəhbəri olub. Bununla bağlı olaraq  S.Fərhədova, Z.Abdullayeva, T.Məhərəmova  S.Mustafayeva və s. göstərmək olar.