• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Çumakov Nikolay Semyonoviç

    (19 iyun 1891 – 6 fevral 1957)

    Professor

    1900 – 1910 – cu illərdə Moskvadakı Sinodal məktəbinin xor şöbəsində.
     
    1913 – 1921 – ci illərdə Saratov Konservatoriyasında təhsil alıb.

    1917 – ildən Saratov şəhərinin mədəni – maarif müəssisələrində Əmək fəaliyyətinə başlayıb.

    1936 – cı ildən Azərbaycan Dövlət Konservatoriyasının dosenti vəzifəsində çalışaraq musiqi – nəzəriyyə fənnlərini tədris edib.

    1939 – cu ildən tarix – nəzəriyyə fakültəsinin dekanı və nəzəriyyə kafedrasının müdiri vəzifəsində çalışıb.

    1944 – cü ildən professor əvəzi kimi fəaliyyət göstərir.

    1957 – ci il fevralın 6 – da vəfat edib.

    Əsərləri: “Harmoniya üzrə məsələlər” dərs vəsaiti.