Əliyeva Nərminə Ağalar qızı
(3 oktyabr 1939 - 2001)
Sənətşünaslıq namizədi, professor
1939 – cu il oktyabrın 3 – də Bakı şəhərində doğulub.
1946 – 1957 – ci illərdə №134 orta məktəbində və Orta ixtisas musiqi məktəbində oxuyur.
1957 – 1962 – ci illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə şöbəsində təhsil alır. Həmin illərdə Bakı şəhəri №2 musiqi məktəbində dərs deyir.
1963 – cü ildə Elmlər Akademiyasının İncəsənət və memarlıq institutunun aspiranturasına daxil olur.
1969 – cu ildə namizədlik dissertasiyasını müdafiə edir.
1966 – cı ildən ADK – nın musiqi nəzəriyyəsi kafedrasının müəllimi vəzifəsində çalışıb.
1971 – ci il baş müəllim.
1974 – cü ildən dosent vəzifəsində işləyib.
1979 – cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bədii şurasının Elmi katibi təyin olunub.
1973 – cü ildən Bəstəkarlar İttifaqının üzvü olub.
1992 – ci ildən Ali Attestasiya Konstitusiyası tərəfindən professor elmi adı verilmişdir.
1982 – ci ildən nəzəriyyə kafedrasının müdiri vəzifəsində çalışıb.
2001 – ci ildə vəfat edib.
Əsərləri: “Azərbaycanın şifahi ənənəli musiqisində polifonik çoxsəsliliyin elementləri” – elmi – metodik işlənmə “L.V.Karagiçeva” monoqrafiya.