Məlikov Xanlar Həmid oğlu
(15 fevral 1923 – 5 avqust 1999)
Sənətşünaslıq namizədi, dosent
1933 – 1939 – cu illərdə Bakı şəhəri №2 musiqi məktəbində simli alətlər şöbəsində (violin) oxuyub.
1941 – 1945 – ci illərdə Böyük Vətən müharibəsində Sovet ordusu sıralarında xidmət edib. Bir sıra medallara layiq görülüb.
1940 – 1941- ci; 1945 – 1952 – ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının tarix – nəzəriyyə fakultəsində təhsil alıb.
1952 – ci ildən Ü.Hacıbəyov adına ADK-nın musiqi nəzəriyyəsi kafedrasında harmoniya və solfecio kurslarını tədris edib.
1965 – ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
1966 – 1998 – ci illərdə musiqi nəzəriyyəsi kafedrasının dosenti vəzifəsində çalışıb.
1957 – ci ildən Azərbaycan Bəstəkarlar ittifaqının üzvü olub.
1999 – cu il avqustun 5 – də vəfat edib.
Əsərləri: Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası. “Rast”, “Şur”, “Segah - zabul”, “Bayatı - şiraz”, “Çahargah”, “Şüştər”, “Humayun” muğamlarının lad intonasiya xüsusiyyətləri. “Asəf Zeynallı” monoqrafiya.