• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əlixanova – Şərifova Vəzifə Şərif qızı

    (1 aprel 1944 Gəncə - 19 yanvar 2010)

    Professor, musiqişünas, sənətşünaslıq namizədi

    1951 – 1962 – ci illərdə Bakıdakı Bülbül adına Orta ixtisas musiqi məktəbində oxuyub.

    1962 – 1967 – ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix – nəzəiyyə fakultəsində təhsil alıb, buranı fərqlənmə diplomu ilə bitirib.

    1966 – 1970 – ci illərdə A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində nəzəri fənnlərin müəllimi işləyib.

    1970 – 1973 – cü illərdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

    1978 – ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

    1973 – cü ildən Ü.Hacıbəyov adına ADK – da (Bakı Musiqi Akademiyasında) – 1983 – cü idən dosent, 2005 – ci ildən professor əvəzi vəzifələrində çalışıb.

    2010 – cu il yanvarın 19 – da vəfat edib.

    Əsərləri: “Q.Qarayevin 3 – cü simfoniyası”, “Fikrət Əmirov” monoqrafiyası.