• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kislova Alevtina Mixaylovna

    (28 oktyabr 1934 - ?)

    Baş müəllim

    1934 – cü il oktyabrın 28 – də doğulub

    1941 – 1951 – ci illərdə 10 illik musiqi məktəbinin fortepiano sinfində təhsil alıb

    1951 – ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix – nəzəriyyə fakültəsinə daxil olub və 1956 – cı ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib

    1955 – 1977 – ci illərdə Dzerjinski adına Orta musiqi məktəbində nəzəriyyə fənlərinin müəllimi işləyib.

    1956 – 1959 – cu illərdə aspiranturada oxuyub.

    1959 – cu ildən Azərbaycan Dövlət Konservatoriyasında saathesabı, 1960 – cı ildən isə ştat üzrə müəllim vəzifəsində solfecio, harmoniya və təhlil fənlərinə ümumi qruplarda tədris edir

    1971 – ci ildən baş müəllim

    1984 – ci il mayın 24 – də əlilliyə görə işdən azad olunur.