• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nikomarova Ella Markovna

    (5 avqust 1910 – 6 iyun 1990)

    Müəllim, musiqişünas

    1925 – ci ildən Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində

    1930 – 1935 – ci illərdə isə tarix- nəzəriyyə ixtisası üzrə təhsil alıb

    1930 – 1940 – cı ilə kimi Muzkombinatda (orta ixtisa musiqi məktəbi) nəzəri fənlərdən dərs deyib.

    1934 – 1938 – ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində müəllim vəzifəsində çalışıb.

    1938 – 1970 – ci ilə kimi Azərbaycan Dövlət Konservatoriyasında nəzəri fənlər və metodika kursu üzrə dərs deyib.

    1952 – ci ildən baş müəllim, 1957 – 1970 – ci illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifələrində çalışıb

    1944 – cü ildən bəstəkarlar ittifaqının üzvü olub

    1990 – cı il iyunun 6 – da vəfat edib

    Əsərləri: “Harmoniya tədrisinin metodikası” (1966); “L.M.Rudolf” – yaradıcılıq portreti (1971); məqalələrin müəllifidir.