• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Burşteyn Georgiy Zaxaryeviç

    (1 aprel 1907 Jitomir – 6 iyul 1966 Bakı)

    Bəstəkar, müəllim, musiqi-ictimai xadim

    1917 – ci ildə Bakıya köçür, burada Realnı məktəbində, sonra K.Libnext adına məktəbdə təhsil alır.

    1921 – i ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və bəstəkarlıq ixtisası üzrə professor V.Karagiçevin sinfində oxuyur və 1931 – ci ildə konsertvatoriyanı bitirir.

    1926 – cı ildən əmək fəaliyyətinə başlayır və müxtəlif özfəaliyyət musiqi kollektivlərinin rəhbəri, radioda musiqi redaktoru, opera teatrında xormeyster və orta ixisas musiqi məktəbində müəllim vəzifələrində çalışıb.

    1938–ci il sentyabrın 1–dən - 1966–cı ilə kimi Azərbaycan Dövlət Konservato-riyasının nəzəriyyə kafedrasında çalışaraq partitura qirayəti və harmoniya fənnlərini tədris edir.

    1934 – cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.

    1966 – cı ildə vəfat edib.

    Əsərləri: Orkest üçün 3 süita (1932, 1946, 1947); skripka və orkestr üçün konsert (1946); nəfəs alətləri orkestri üçün Marş (1941); Simli kvartet üçün - “Azərbaycan eskizləri” (1933); fantaziyalar; “Azərbaycan musiqisi” toplusunda (1961), “Azərbaycanda kütləvi mahnılar” məqaləsi; Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları əsasında “İkisəsli solfecio” (1960) və s.