• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynova Gövhər Qulu qızı

    (19 noyabr 1936 - 1 mart 2016)

    Professor, Əməkdar müəllim

    1943 – 1954 – cü ilərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix - nəzəriyyə fakültəsində “musiqişünaslıq” ixtisası üzrə təhsil alıb.

    1959 – cu ildən Bülbül adına Orta ixtisas musiqi məktəbində tarix - nəzəriyyə fənnlərin müəllimi vəzifəsində işləyib.

    1967 – ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1973 – cü ildən musiqi nəzəriyyəsi kafedrasında baş müəllim, 1984 – cü ildən dosent, 2004 – cü ildən professor vəzifələrində çalışıb.1968 – 1970 – illər ərzində İraqın Bağdad Dövlət musiqi məktəbində, 1993 – 2000 – ci ilə kimi Türkiyəni Bilkənd Universitetində işləyib.

    2011 – ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

    2016 – cı il martın 1 – də vəfat edib.

    Əsərləri: “Solfecio” dərsliyi (Z.Bakıxanova ilə birgə) “Harmoniya” dərsliyi “Musiqi əsərlərinin təhlili”– nə aid metodik tövsiyələr.