Semyonova İnna Semyonovna
(14 aprel 1943 -2007)
Biblioqraf, müəllim
1960 – 1965 – ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix - nəzəriyyə fakültəsində təhsil alıb.
1965 – ci ildən Bakı şəhərindəki uşaq musiqi məktəblərində müəllim, 1967 – 1973 – cü illərdə ADK – da biblioqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
1973 – 1979 – cu illərdə Moskva Dövlət Konservatoriyasında baş biblioqraf vəzifəsində işləyib.
1980 – cı ildə Bakıya qayıdır və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının baş laborantı, 1983 – 1991 – ci illər saat hesabı müəllim, 1993 – cü ildən nəzəriyyə kafedrasının ştat üzrə müəllimi və kitabxana müdiri vəzifəsində çalışıb. 2007 – ci il vəfat edib.
Əsərləri: “Azərbaycan bəstəkarlarının simfonik yaradıcılığında Ü.Hacıbəyovun ənənələri” - “Bəstəkar və zaman” məqalələr toplusu (1997)