• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmməd İbrahim Qurban oğlu

    (24 oktyabr 1928 - 1993)

    Dosent, Əməkdar incəsənət xadimi, Xalq artisti

    1928 – ci il oktyabrın 24 – də Bakı şəhərində doğulub.

    1941 – 1945 – ci illərdə Orta ixtisas musiqi məktəbində tar sinfində oxuyub.

    1945 – 1954 – cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə - bəstəkarlıq fakultəsində B. Zeydmanın snfində təhsil alıb.

    1955 – 1961 – ci ilə kimi A. Zeynallı adına Orta ixtisas musiqi məktəbində, 1961 – ci ildən ömrünün sonuna qədər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasında baş müəllim (1972),dosent (1980 – cı ildən), Azərbayvan Əməkdar incəsənət xadimi (1978 – ci ildən), Xalq artisti (1990).

    1993 – cü il avqustun 30 – da vəfat etmişdir.

    Əsərləri: “Tülkü və Alabaş” uşaq opera – baleti “Bayram” uvertürası; Skripka və orkestr üçün “Variasiyalar”, Simfonik poema, vokal əsərlər.