Şeyn Sofiya Fyodorovna
(9 mart 1921 Bakı - 9 mart 1991)
Bəstəkar, musiqişünas, dosent
1933 – 1937 – ci illərdə Bakı orta ixtisas musiqi məktəbində fortepiano sinfi üzrə, 1939 – 1941 – ci illərdə isə Leninqrad konservatoriyasında bəstəkarlıq ixtisası üzrə professor M.Şteynberqin sinfində təhsil alıb.
1941 – 1944 – cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə professor B.Zeydmanın sinfində oxuyub.
1945 – 1948 – ci illərdə A.Qlazunov adına Moskva musiqi məktəbində, 1954 – cü ildən isə Bakı orta ixtisas musiqi məktəbində bəstəkarlıq və nəzəri – tarixi fənlərini tədris edib.
1960 – cı ildən ADK- da musiqi nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
1984 – cü ildən dosent əvəzi vəzifəsində çalışıb.
1945 – ci ildən Bəstəkarlar İttifaqının üzvü olub.
1991 – ci il martın 9 – da vəfat edib
Əsərləri: “Cövdət Hacıyev” monoqrafiyası (M., Сов.композитор, 1962 ); B.Asafyevin elmi əsərlərində “Simfonizm nəzəriyyəsi”; “B.Asafyevin mövqeyindən musiqi təfəkkürünün dialektik səciyyəsi məsələləri” elmi işləmələri.