• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Vəliyev Məhəmməd Vaqif oğlu

    Doĝum yeri vә tarixi: 1988-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur.

    Təhsili. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinin nəzdindəki məktəb studiyada almışdır. 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinin bakalavr pilləsini, 2014-cü ildə isə magistr pilləsi Fərqlənmə diplomu ilə bitirmişdir.

    Pedagoji fəaliyyəti. Məhəmməd Vəliyev 2011-ci ildən 2012-ci ilədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında laborant vəzifəsində işləmişdir.2012-ci ildən bugünə qədər elmi laboratoriyada kiçik elmi işçi kimi fəaliyyət göstərir.2019-cu ildən sənətşünaslıq üzrə fəlsəfə dokrorudur.

    Elmi fəaliyyəti. Ülviyyə Hacıbəyovanın “Azərbaycan Bəstəkarlarının əsrlərinin Antologiyası” layihəsində bir sıra əsərlərin lent yazısının, Azərbaycan bəstəkarları haqqında məqalələrin, ”Bəstəkar İsmayıl Həcıbəyovun vokal və instrumental yaradıcılığı”, ”Ölməz sənətkarlar” kitablarının, “Bəstəkar İsmayıl Həcıbəyov. Ənənə və müasirlik” monoqrafiyasının müəllifidir.

    Laboratoriyasının elmi işçiləri