• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Süleymanova Ruqiyyə Akif qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

    Doĝum yeri vә tarixi: Azərbaycan, Bakı şəh., 04.07.1957.

    Təhsil: 1985-1990-cı illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Tarixi -nəzəriyyə" fakültəsinin musiqişünaslıq  ixtisası üzrə təhsil alıb.

    Pedoqoji fəaliyyəti. 1994-1998-ci illər ərzində Bakı Musiqi Akademiyasının nəzdində yerləşən “Məktəb-studiya”-da  və 2003-2017-ci illər ərzində “Musiqi tarixi” kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2002-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi işçi, 2010-cu ildən aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə  baş müəllim, 2012-ci ildə isə müsabiqə yolu ilə dosent vəzifəsinə keçib.

    Elmi fəaliyyəti. 2002-ci ildə Elmi Şurada “Azərbaycan dram əsərlərinin dramaturji inkişafında musiqinin rolu (1970-2000-ci illər)” adlı dissertasiya işi təsdiq edilmişdir. 2008-ci ildə “Azərbaycan dram əsərlərinin dramaturji inkişafında musiqinin rolu(1970-2000-ci illər)” elmi işini müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2011-ci ildə Azərbaycan bəstəkarlarının teatr musiqisi(1970-2000-ci illər) adlı dərs vəsaiti çap olunmuşdur. 2012-ci ildə dərc edilmiş “Azərbaycan bəstəkarlarının C.Cabbarlının əsərlərinə yazdığı musiqinin üslub xüsusiyyətləri”, 2013-cü ildə “Musiqi ədəbiyyatı fənni üzrə pedaqoji təcrübənin tədrisi metodikası” metodik vəsaitlərin və bir sıra elmi məqalələrin müəllifidir.Aspirantların və gənc tədqiqatçıların VIII Respublika elmi konfransında “C.Cabbarlı yaradıcılığında” musiqi, IX Respublika elmi konfransında R.Həsənovanın yaradıcılığında “Maral” pyesi, X Respublika elmi konfransında “H.Cavidin pyeslərinə yazılmış musiqi” adlı məruzə ilə çıxış etmişdir.

    Laboratoriyasının elmi işçiləri