• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Həsənova Günay Sabir qızı

     Həsənova Günay Sabir qızı Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi.

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri 01.03.1989.

    Təhsili. 1995-2006-ci illərdə Bakı şəhəri Yuri Kovalyov adına 229 saylı orta məktəb, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Kulturologiya fakültəsində “Kulturologiya” ixtisası üzrə bakalavr təhsili almış və Fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2012-ci illərdə Azərbaycan Dövlət Universitetinin Beynəlxalq mədəni əlaqələr ixtisası üzrə magistr təhsili almış və Fərqlənmə diplomu ilə bitirmişdir.

    2012ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun sosial fəlsəfə ixtisası üzrə doktoranturaya daxil olmuşdur. Hal-hazırda “Müasir Azərbaycan mədəniyyətinin sosio-mədəni konsepsiyası: sosial fəlsəfi təhlili” adlı elmi işi üzərində işləyir.

    Pedoqoji fəaliyyəti. 2012-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və yeni istiqamətlərinin tətbiqi: orqanologiya və akustika” elmi laboratoriyasında kiçik elmi işçi kimi çalışmış, 2013-cü ildən elmi işçi kimi çalışmağa davam edir. 2015-ci ildə Azərbaycan Turizm və Menecment Universitetində dərs demişdir.

    Elmi fəaliyyəti.  Bir çox Respublika və Beynəlxalq konfranslarda çıxış etmiş. Müxtəlif yerli və xarici jurnallarda elmi məqalələri dərc olunmuşdur.

    Laboratoriyasının elmi işçiləri