• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qafarova Maya Aydın qızı

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

    Doğum tarixi:1964-cü il 8 yanvar  tarixində Qərbi  Azərbaycanın Zəngəzur  mahalında  doğulub.

    Təhsili: 1971-79-cu ildə  Bakı  şəhərində  44 saylı  orta  məktəbi  və  6 saylı  Uşaq  Musiqi  Məktəbini  bitirib. 1979-1983-cü ildə A.Zeynallı  adına Orta  İxtisas  Musiqi Texnikumunu (indiki  Musiqi  Kollecini ) bitirib.

    1985-1990 –cı  ildə   Ü.Hacıbəyli   adına  Azərbaycan  Dövlət  Konservatoriyası, “Tarixi- nəzəriyyə fakültəsinin” Kamanca ixtisası üzrə   bitirib.

    1994-cu  il  dissertanturaya  daxil  olub. 2002-ci  ildə  “Bəstakar  Suleyman Ələskərovun  xalq  çalğı  alətləri üzrə  yazdıgı  əsərlər  və  onların  interpretasiya   xususiyyətləri” adlı dissertasiya mövzusunda işini Azərbaycan  Dövlət İncəsənət  Universitetitetində müdafiə edib.

    Pedaqoji fəailiyyəti: 1990-cı ildə BMA-da çalışmağa başlayıb. Əvvəl “Azərbaycan xalq çalğı alətlərinin dirijorluğu  və orkestrləşdirilməsi” kafedrasında müəllim, 1998-cu ildə baş müəllim, 2002-ci ildən isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında dosent vəzifəsində işləyib.2012 –ci il həmin kafedrada musabiqə yolu ilə “professor” vəzifəsinə seçilib. 2013-cu ildə “Qədim musiqi alətlərinin bərpasi və təkmilləşdirilməsi” elmi laborotosiyasına müdir vəzifəsinə təyin edilib. 2018-ci ildən “Şifahi-ənənəli Azərbaycan professional musiqisinin tədqiqi və onun yeni istiqamətlərinin öyrənilməsi: orqanologiya və akustika” adlı elmi laboratoriyasında baş elmi işmi vəzifəsində işləyir.

    Elmi fəaliyyəti:

    1. “Bəstəkar Süleymanov Ələsgərov və xalq çalğı alətləri orkestri”. Dərs vəsaiti. Bakı. ADPU – nəşriyyatı. 226 səh.

    2. “S.Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı konserti və onların dirijorluq təfsirinə dair” Metodiki tövsiyyələr. Bakı. “Mars-Print”- 2003. 29 səh.

    3. “S.Ələsgərovun xalq çalğı alətləri orkestri üçün “Sözsuz mahnilar” və onların dirijorluq təfsirinə dair. Metodiki tövsiyyələr.Bakı.“Mars-Print”-2003.24səh.

    4.  “Şur muğam dəstgahının nota yazılmasına dair”. Metodik tövsiyyələr Bakı ADPU-mətbəəsi.Səh.16.

    5. “Milli musiqi alətlərinin bəzi tədqiqat aspektləri”. Metodik vəsait. Bakı ADPU- mətbəəsi. 35 səh.

    6. “Yaylı-rübab” adlı qədim musiqi aləti bərpasının müəllifidir. Əsərin qeydiyyatı haqqında Şəhadətnamə № 9097Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi.

    7. “Yaylı-qopuz”

    8. 15 elmi məqalənin müəllifidir.

    Konfrans və simpoziumlarda iştirak edib:

    İctimai fəaliyyəti:  Yeni Azərbaycan Partiyasının üzvüdür (2002-ci  ildən).

    tel: 055779-65-82  e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

     

    Laboratoriyasının elmi işçiləri