İsayev Zeynal Fazil oğlu
Doğum tarixi: 1960-cı il noyabr ayının 28-də Salyan şəhərində anadan olmuşdur.
Təhsili: 1977-ci ildə Bakı şəhəri 18 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur.
Elmi fəaliyyəıti: 2006-cı ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəlcə “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi laboratoriyasında elmi işçi, sonra “Musiqi Akustikası” elmi-laboratoriyasında müdir, hal-hazırda isə “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmı-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.
Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. I Tom. Musiqi Akustikası. Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti, “Letterpress” nəşriyyatı, B.,2009.360s.;
- Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. II Tom. Elektroakustika və müasir elektron musiqi texnikası elementləri, Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti, “Elm və Təhsil” nəşriyyatı, B., 2010.184s.;
- Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. III Tom. Kompüter texnologiyalarının musiqi yaradıcılığına tətbiqi. Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti. “Elm və Təhsil” nəşriyyatı, B., 2010.192s.;
Müasir ifaçılıqda musiqi-texniki vasitələrin tətbiqinə dair” Metodik vəsait 140200 –“Solo oxuma” ixtisas fənni üzrə HS Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin nəşriyyatı, B., 2006. 95s.
Elmi jurnal və toplularda nəşr olunmuş elmi məqalələrinin müəllifidir. Azərbaycanda keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda məruzələrlə çıxış etmişdir.