• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyev Ramiz Əyyub oğlu

     

    Doğum tarixi: 30 Aprel 1947-ci il, Ağdam şəhəri.

    Azərbaycanın xalq artisti, professor Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.

    Təhsili: 1954-cü ildə Ağdam şəhəri 5 №-li orta məktəbində və eyni vaxtda 7-illik musiqi məktəbində təhsil almağa başlamış, 1960-ci ildə musiqi məktəbini bitirərək, həmin ildə Ü.Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olmuş, 1969-cu ildə isə oranı “Tar və dirijorluq” ixtisasları üzrə bitirmişdir.

    Pedaqoji fəalliyəti: Ağdamın 1 saylı (1963-64), Bakının 1 və 20 saylı musiqi məktəblərində (1965-74) müəllim olmuşdur. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) “Xalq çalğı alətləri” kafedrasında tar ixtisası üzrə müəllim (1974), baş müəllim (1977), dosent (1983), professor (1990) kimi pedaqoji fəaliyyət göstərərək, 1990-2002 ci illər ərzində həmin kafedraya rəhbərlik etmişdir.

    2004-cü ildən bugünə qədər “Şifahi ənənəli  Azərbaycan  professional  musiqisi  və  onun yeni istiqamətlərinin tətqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının  baş elmi işçi vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: “Azərbaycan bəstəkarlarının əsərləri tar və fortepiano üçün işləmələri” (1985, 1993, 1998, 2002, 2003, 2004) və “Xarici bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri” (2001, 2003, 2004) dərs vəsaitlərinin müəllifidir. 2004-cü ildə yaradıçılığının 40 – illiyinə həsr olunmuş “Ramiz Quliyev”  (poemalar, rəylər, məqalələr, intervyu və xatirələr) tərtib etdiyi kitabın müəllifidir. 2021-ci ildə Üzeyir Hacıbəyli adına BMA-nın 100-illik yubileyinə “Azərbaycan və xarici bəstəkarlarının əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” iki cildli kitabın müəllifidir.

    İfaçılıq fəaliyyəti:Türkiyə, Əfqanıstan, Suriyə, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, Almaniya, Hindistan, Yaponiya, ABŞ, Kanada,  Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norvec və d. ölkələrdə  qastrol səfərlərində və beynəlxalq festifvallarada çıxış etmişdir. Azərbaycanda keçirilən bir çox musabiqə və festivallarada  münsiflər  heyətinin sədri olmuşdur.

    Mükafatları: Respublika Lenin komsomolu mükafatının laureatı (1978), əməkdar artist (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2002-ci, 5 iyul 2003-cü illərdə mükafatı ilə təltif edilmiş, 2004-cü ildən Prezidentin təqaüdü, 2007-ci ildə AR Prezidentinin fərmanına əsasən “Şöhrət” ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı, 2017-ci ildə “Şərəf” ordeninə layiq görülmüşdür.

     

    Laboratoriyasının elmi işçiləri