• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ramazanov Rüfət Kamal oğlu

     

    Doğum  tarixi: Azərbaycan, Bakı şəh.,  25. 10. 1969.

    Təhsil: 1977-1986 - Bülbül adına orta-ixtisas musiqi məktəbi. 1986-1990–Asəf  Zeynallı adina Bakı Musiqi Məktəbi. 1990–1995–Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinin “Bəstəkarlıq” fakültəsi.

    Elmi–Pedaqoji fəaliyyəti: 1997–2018. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasında elmi işçi, 2012-ci ildən aparıcı elmi işçi, 1996–Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. (2012-Bİ-nın idarə heyətinin üzvü),  “İpək Yolu” Beynəlxalq Musiqi festivalının Təşkilat komitəsinin üzvü. (2011-2018). 

    Elmi fəaliyyəti:  Müasir musiqinin nəzəri problemləri mövzusunda 10-a qədər elmi məqalələr.  (1997-2018). Azərbaycan Muğamlarının notlaşdırılması və tədqiqi sahəsində elmi araşdırmalar. (1997-2017). 5 Respublika Elmi konfranslarında məruzə ilə çıxış (1997-2001).                  

    Bəstəkarlıq fəalyyəti:  Azərbaycan Gənclər Mükafatı laureatı (2004),  “Türksoy” Beynəlxalq Kültür Cəmiyyətinin sədri, Cənab D. Kasseinov tərəfindən “Fəxri Fərman”.(2014). 12 simfonik partituraların, 40 kamera-instrumental əsərlərin,

    Orqan üçün poema, A Kapella xoru üçün silsilə(söz:Y.İmrə), 5  teatr tamaşalarına,  3  filmə yazılmış musiqinin müəllifi. Əsərləri Gürcüstan, Norveç və İsraildə ifa olunmuşdur. Əsərləri bu günə kimi, 7 “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” dissertasiyaları haqqında elmi məqalələr çap olunmuşdur. Eyni zamanda, haqqında nəşr olunmuş  “Дедукция композитора Руфата Рамазанова”  («Музыка и время»)  Москва, (№ 10, октябрь.2018). və başqa əsərləri, bir sıra dərs vəsaitlərində çap olunmuşdur. 

    Not və  Partituralar : “Qara Qarayevə ithaf” simfoniya. Bakı: “Adiloğlu”  2012. “Fəzlullah Nəimi” simfonik poema. Bakı: “Adiloğlu”  2014.           

     

    Laboratoriyasının elmi işçiləri