• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nəsirova Fidan İrza qızı

     

    Doğum  tarixi: Azərbaycan, Bakı şəh., 11.04.1974.

    Təhsil: 1982-1992 -  Bülbül adına orta ixtisas musiqi məktəbi musiqi nəzəriyyəsi ixtisası üzrə,  1993-1997 - bakalavr pilləsi üzrə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası,  2000-2002 -  Akademiyanın “Musiqişünas”lıq ixtisası üşrə magistr pilləsi, fərqlənmə diplomu.

    Pedaqoji fəaliyyəti: 1996-cı ildə  “Xüsusi fortepiano” kafedrasında, 1997-ci ildə 2 №-li “Qədim musiqi alətlərin bərpası və təkmilləşdirilməsi” adlı Elmi laboratoriyada laborant, 2002-ci ildən 1 №-li “Şifahi ənənəli Azərbaycan  musiqinin və yeni istiqamətlərin tədqiqi”  laboratoriyada kiçik elmi işçi, 2010-cu ildən  isə müsabiqə yolu ilə elmi işçi vəzifəsində,  2001-ci  ildən   Ə. Bakıxanov adına 6  №-li, Niyazi adına 22 №-li  Uşaq musiqi məktəbində, hal-haırda isə Bakı Xoreoqrafiya Akademiyasının nəzdində yerləşən Musiqi Kollecində müəllim (əvəsçi) vəzifəsində çalışır.  Hal-haırda Ü. Hacıbəyli adına BMA-da  2017-ci ildən  müsabiqə yolu ilə elmi işçi vəzifəsində çalışır.

     Elmi fəaliyyəti:     “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı” adlı 17.00.02- “Musiqi sənəti” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyası mövzusu üzərində işləyir. Mütəmadi olaraq elmi jurnallarda və dövrü mətbuatda məqalələr dərc etdirir. 

    Laboratoriyasının elmi işçiləri