Məmmədova Zümrüd Mövlud qızı
Dosent, xalq artisti
Doğum yeri və tarixi: 1954-cü il 18 apreldə Quba rayonunun II Nügədi ziyalı ailəsində anadan olmuşdur.
2017-ci ildən “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin sədridir.
Aktiv ictimai fəaliyyətlə məşğuldur. “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ib tərəfindən qalib olmuş, Bakı Musiqi Akademiyası ilə birlikdə “Azərbaycan Musiqisinə qarşı Aparılan İşğalçılıq Siyasətinə Dair”(2020) beynəlxalq onlayn konfrans-konsert kimi uğurlu layihəni həyata keçirmişdir.
20.12.2019 Bakı Musiqi Akademiyası və Estoniya İncəsənət və Musiqi Akademiyasının “LOLA” aparatının təqdimatında bəstəkarın tar və kannel (eston milli aləti) üçün yazdığı “Mystic” adlı duetinin beynəlxalq premyerası baş tutmuşdur.
27.11.2020 tarixdə Türkiyə Kültür Bakanlığının dəstəyi ilə Ankara və Adanada “Kim-lik” adlı pantomim tamaşasına yazdığı əsərlər səhnələşdirilib.
Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” şöbəsinin sədri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisidir.
Təhsili: Məmmədova Zümrüd Mövlud qızı 1976-cı ildə A. Zeynallı adına musiqi kollecinin “muğam” şöbəsini, 1983-cü ildə İncəsənət Universitetinin “Musiqili-komediya” aktyorluq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti və beynəlxalq müsabiqələr: 1978-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmiş, bir çox festivallarda lureat adına və I dərəcəli diploma layiq görülmüşdür. 1972-ci ildə “Turac təranələri” radio olimpiyasının qalibi, 1973 ildə V.L.K.S.M-ə “Lenin” adı verilməsinin 50 illiyi münasibəti ilə keçirilən festivalda I dərəcəli diploma layiq görülmüşdür. M.N.P-də və Moldoviyada keçirilən bir neçə festivalda laureat adını qazanmışdır. Vyetnamda (1982) “Xalqlar dostluğu” medalına, XO-Şİ-MİN şəhərinin fəxri vətəndaşlığına layiq görülmüşdür. Bağdadda (1998) “Babilistan” festivalında böyük uğur qazanmışdır. Azərbaycanın bütün rayon və kəndlərində konsertlərlə çıxış etmişdir. Bir çox xarici ölkələrdə, Yaponiya “Min-On” (İpək Yolu) festivalı-1989, Kanada, Fransa, İsrail, İngiltərə, Norveç, İsveç, Hindistan, Qırğızıstan, Almaniya, Hollandiya, Belçika, İtaliya, Şri-Lanka, Əfqanıstan, Əlcəzair (20 Ərəb, 15 Afrika ölkəsi) və s. möhtəşəm dünya səhnələrində Azərbaycan musiqisini və muğamlarımızı təbliğ etmişdir. Azərbaycan bayrağını ucaltmışdır.
Fəxri adları: 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən”əməkdar artist”, 2003-cü ildə “xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Cənab İlham Əliyev tərəfindən fərdi təqaüdlə mükafatlandırılmışdır (2006).
Pedaqoji təcürbə və iş yerləri: 1990-cı ildən başlayaraq bu günə kimi Müdafiə Nazirliyinin “Nümunəvi nəfəs alətləri” orkestrinin solistidir. İşində qüsursuz xidmətinə görə 10 ilin və 15 ilin tamamında medallarla təltif olunmuşdur.
2000-ci ildən etibarən Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuş və uzun illər burada pedaqoji fəaliyyət göstərmişdir. Həmçinin 2000-ci ildən etibarən Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışmaqdadır. Həmçinin 2014-cü ildən etibarən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında böyük elmi işçi vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildən “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin təsisçi və sədr müavinidir.
Elmi fəaliyyəti: “Mədəniyyət dünyası- XIX” jurnalı “Milli musiqi mədəniyyətimizin inkişafında muğam məclislərinin rolu” məqalə səh.175,
Mədəni Həyat jurnalı 2*2012 “Arif Babayev və Azərbaycan muğam sənəti” məqalə səh.32, Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri VIII Respublika elmi-praktiki konfransı-2009 “Xalq mahnılarında patriotik motivlər” səh 28., Mədəni Həyat jurnalı 1*2012 “H.Hüseynovun muğam sənətinin inkişafı və təbliğində rolu” məqalə səh. 4,“Azərbaycan musiqi mədəniyyətinin inkişafında muğam məclislərinin rolu” metodik tövsiyə Bakı-2008,
“Xanəndə Yaradıcılığında mahnı janrının əhəmiyyəti” metodik tövsiyə Bakı-2010,
“Muğam sənətində ifaçılıq ənənələri” dərs vəsaiti Bakı-Mütərcim-2017, “ECSAC-2018”(Kipr) elmi-praktiki konfrans 12-14 oktyabr 2018 “IV Uluslararası Müzik ve Dans Kongresi”(Bodrum) elmi-praktiki konfrans 16-18 oktyabr 2018