• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Həbibə Vaqif qızı

     Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı.  09.08.1983

    Təhsili: 2001-2005-ci illərdə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası bakalavr, 2006-2008-ci illərdə Azərbaycan Milli Konservatoriyasında magistr pilləsində musiqişünaslıq ixtisası üzrə təhsil almışdır.

    Pedaqoji fəaliyyəti:  2004-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında laborant, 2011-2014-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında baş müəllim, 2009-cu ildən elmi-tədqiqat laboratoriyasında elmi işçi, hal-hazırda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 2013-2020-ci illərdə Bakı Musiqi Akademiyasının F/D 02.151 Dissertasiya Şurasının elmi katibi, 2021-ci ildən Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya Şurasının 6213.01-Musiqi sənəti ixtisası üzrə Elmi Seminarın elmi katibi vəzifəsini icra edir.

    Elmi fəaliyyəti: 2011-ci ildə “Azərbaycan operalarında tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (lad-məqam xüsusiyyətləri)” mövzulu dissertasiya işini müdafiə etmişdir. 2012-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2015-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.

    Ege Universitesi Türk Musiqisi Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyasının arasında bağlanmış qarşılıqlı müqavilə əsasında 2004-cü ilin may ayında Şamaxı, dekabr ayında isə Gəncə və Qazax rayonlarında folklor ekspedisiyasında iştirak etmişdir.

    2005-ci ildə iki cilddən ibarət nəşr olunan Azərbaycan xalq mahnıları toplusunun korrektoru olmuşdur (Tərtibçi - Siyavuş Kərimi).  

    2014-cü ildə nəşr olunmuş - “Tarixi-qəhrəmanlıq mövzusu Azərbaycan bəstəkarlarının operalarında” adlı dərs vəsaitinin və “Azərbaycan şifahi ənənəli musiqi irsində tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (Elmi ədəbiyyatın icmalı)”, “Tarixi-qəhrəmanlıq mövzulu aşıq havalarının musiqi dilinin təhlili” adlı 2 metodik vəsaitin və tədris proqramlarının müəllifidir.

    Yerli və beynəlxalq jurnallarda 20-yə yaxın elmi məqaləsi nəşr olunmuşdur. 30-dan çox Respublika və xarici ölkələrdə - İtaliya, Rusiya, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq simpozium-konqreslərdə moderator və məruzəçi olaraq çıxış etmişdir. O cümlədən Azərbaycanda və xaricdə keçirilən bir sıra elmi və yaradıcılıq tədbirlərinin təşkilatçısı və koordinatorudur.

    2016-cı ildən SCOPUS, EBSCOhost indekslər bazasına daxil olan - Rast Uluslararası Müzikoloji elmi jurnalının və 2018-ci ildən Ulakbim indekslər bazasına daxil olan Eurasian Journal of Music and Dance (EJMD) elmi jurnalının redaksiya və idarə heyətinin üzvüdür.

    2020-ci ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Azərbaycan musiqisinin beynəlxalq konfranslarda təbliğinə və bu tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq bacarığına görə diploma layiq görülmüşdür.

     

    Laboratoriyasının elmi işçiləri