Əhmədova Könül İldırım qızı
Təhsili: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” fakultəsinə 2006-ci ildə daxil olmuş, 2010-cu ildə təhsilini bitirmiş, həmin ildə də Ü.Hacıbəyli adına BMA-da magistraturaya daxil olmuşdur. Həm bakalavr, həm də magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.
Pedaqoji fəaliyyəti:
2009-2016 –cı illərdə Humanitar Kollecdə musiqi tarixi və nəzəriyyəsi fənnlərindən dərs demiş, 2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında Musiqi nəzəriyyəsi kafedrasında dərs deyir.
Elmi fəaliyyəti: 2016- cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tətbiqi : orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisidir.
2013-cü ildə Ü.Hacıbəyli adına BMA-da əyani, dövlət hesabına doktoranturaya qəbul olmuş, hal-hazırda “Azərbaycan bəstəkarlarının yaradıcılığında komik obrazların təcəssümü” adlı elmi iş üzərində işləyir.
Müxtəlif jurnallarda məqalələri dərc olunub. Dəfələrlə Respublika Elmi konfranslarda, Beynəlxalq Konfrans və Konqreslərdə çıxışları olub.