Kazımova Bəsti Saleh qızı
Doğum tarixi: 1967-ci il, 24 sentyabr tarixində Kürdəmir şəhərində doğulub.
Təhsili: 1974-1984-cü illərdə 2 saylı şəhər orta təhsil, 1978-1984-cü illərdə isə 7 saylı uşaq musiqi məktəbini bitirmişdir. 1986-1990-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) musiqi fakültəsinin – “Fortepiano” fakültəsini bitirib .
Elmi fəaliyyəti: 2014-cü ildən Ü.Hacıbəyli adına BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında əvvəl kiçik elmi işçi, 2015-ci ildə isə müsabiqə yolu ilə elmi işçi vəzifəsinə təyin olunub. 2016-cı ildə BMA-nın dissertantura şöbəsinə qəbul olub.
“Milli musiqi alətlərinin bəstəkarlarının əsərlərində istifadə yolları” adlı dissertasiya mövzusu üzərində işləyir. Hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının elmi işçisidir.
Elmi fəaliyyəti:
Bir neçə məqalənin müəllifidir.