• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsrafilova İlahə Qismət qızı

     

    Doğum yeri və tarixi: 1993-cü ildə Bakı şəhərində anadan olub.

    Təhsili:1999-cu ildən Bülbül adına Orta ixtisas musiqi məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Akademiyada ikinci ixtisas olaraq “Simfonik orkestr dirijorluğu” dərsləri almışdır.

    Elmi fəaliyyəıti: Çoxsaylı respublika və beynəlxalq müsabiqələr laureatıdır. Amerika, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail, Gürcüstan və b. ölkələrin beynəlxalq səhnələrində əsərləri səslənmişdir. “Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı”, “Qəbələ Festivalı”, “Novus via” musiqi festivalı kimi mötəbər tədbirlərdə çıxış etmişdir.

    Hazırda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisidir.

    Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Muğamatım bir dəryadır”, “Mən vətən torpağı, vətən daşıyam”, və s. kimi uğurlu, gənclər üçün mövzu əhəmiyyəti kəsb edən layihələrə imza atmışdır.

     “Dədə Qorqud” dastanı motivləri əsasında yazdığı eyni adlı II pərdəli baletin müəllifidir (2018). 2018-ci ildə İdarə Heyətinin qərarı ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 2 fevral 2019-cu ildə “Gənclər günü” münasibəti ilə Gənclər və İdman Nazirliyinin təqdimatı ilə dövlət tərəfindən  “Gənclər mükafatına” layiq görülmüşdür.

    Laboratoriyasının elmi işçiləri